Xəzər Xəbər

Laçında 30 il sonra uşaqlıq jaketi tapılan Fərid Cəbrayılov danışdı VİDEO

Veb TV | 20:51 • 13 Sentyabr 2021
Laçında 30 il sonra uşaqlıq jaketi tapılan Fərid Cəbrayılov danışdı

Laçın rayonunda anadan olmuş Fərid Cəbrayılovun Göyqayadakı yaylaq evlərində uşaqlıqdan qalan sarı jaketi tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, jaketi ona atası alıb. Uşaqlığından xatirə qalan cəmi üç şəklin ikisi də elə bu sarı jaketdə çəkilib.

Anasının sözlərinə görə, paltar Fəridin əyninə böyük olub, elə ona görə də sandıqda qorunub- saxlanıb.

Fərid isə deyir ki, onun uşaqlıq xatirələri yarımçıq və cansızıydı. Jaketin tapılması xəbəri isə onda başqa əhval yaradıb. İndi onun ən böyük arzusu orada toxunulmasını istəmədiyi o əziz xatirəyə gedib qovuşmaq, onu özüylə gətirmək, uşaqlığın, o gözəl günlərin ən şirin xatirəsi kimi qoruyub- saxlamaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti