Xəzər Xəbər

Gorus-Qafan yoluna Azərbaycan nəzarət edir VİDEO

Veb TV | 20:21 • 13 Sentyabr 2021
Gorus-Qafan yoluna Azərbaycan nəzarət edir

İran-Ermənistan yoluna Azərbaycan nəzarət edir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Ermənistan üçün strateji əhəmiyyət daşıyan 68 km uzunluğundakı Gorus-Qafan yolunundan gedir.

İranla Ermənistanı birləşdirən digər yollar var, amma həmin yollar yük avtomobilləri üçün əlverişsiz hesab edilir. Ona görə də İrana məxsus yük maşınları 21 km-lik  hissəsi Azərbaycan ərazisindən keçən bu yolla hərəkət edirlər.

Artıq həmin yolda Azərbaycan polisinə məxsus post qurulub. Sosial şəbəkələrdə yayılan kadrlardan polis əməkdaşlarının postda xidmət etdiyi görünür.  Postda beton lövhələrlə ziqzaqvari maneələr yaradılıb.

Mövzuya münasibət bildirən millət vəkili Elşad Mirbəşiroğlu deyib ki, işğaldan azad edilmiş ərazilərdə dövlət idarəetmə sisteminin qurulması olduqca vacibdir. Bir hissəsi Azərbaycana məxsus ərazidən keçən Gorus-Qafan yolunda polis postlarımızın qurulması normaldır.Bu yola nəzarətin edilməsi Azərbaycan ərazilərinə qeyri-humanitar yüklərin daşınmasının qarşısını birdəfəlik almış olacaq.

Millət vəkili həmçinin hesab edir ki, bu yolda polis postlarının qurulması həm də özündə siyasi məna daşımaqdadır. Artıq bəzi ölkələr Azərbaycanın regionda yaratdığı yeni reallıqla barışmalıdır.

Bu arada, Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına dair məlumatlara aydınlıq gətirib. Açıqlamada deyilir ki, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Vergilər Məcəlləsinə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşimalarini tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəalarin yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar