Xəzər Xəbər

Şəmkirdəki şəhidlər bulağının aqibəti necə olacaq? - Tikinti dayandı VİDEO

Veb TV | 20:55 • 12 Sentyabr 2021
Şəmkirdəki şəhidlər bulağının aqibəti necə olacaq? - Tikinti dayandı

Şəmkirdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün təməli qoyulan bulaq kompleksinin tikintisi dayandırılıb. Sakinlər verilən bu qərarla razı deyillər. Tikintiyə imtina cavabı verən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti isə inşaat ərazisinin dəmiryolunun mühafizə zolağına düşdüyünü bildirir.

Şəmkirdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün təməli qoyulan bulaq kompleksinin tikintisi dayandırılıb

Birinci qarabağ döyüşlərində 11, 44 günlük vətən müharibəsində isə 3 şəhid verən rayonunun Sabirkənd kəndində sakinlər şəhidlərin xatirəsini əbədiləşdirmək üçün  şəxsi təşəbbüsləri və imkanları hesabına bulaq kompleksi tikmək istəyirlər. Bu məqsədlə toplanan ianə hesabına kəndin qəbirstanlığına gedən yolun girişinə yaxın ərazidə, dəmir yolu xəttinin  kənarında tikiləcək kompleksin təməli də atılıb. Lakin ''Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sakinlərin rəsmi müraciətinə cavab olaraq tikintinin dayandırılmasının vacibliyi qeyd olunub.

Sakinlərin sözlərinə görə, dəmir yolu xətti boyunca obyeklər çoxdur. Əgər gələcəkdə hər hansı bir layihə çərçivəsində dəmir yolunun genişləndirilməsi nəzərdə tutularsa, o zaman bulaq komplesinin ərazidən köçürülməsinə də razıdırlar.

Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən isə Xəzər Xəbərə bildirilib ki, sözügedən məsələdən xəbərdardırlar. Həmin ərazinin Dəmir Yolu xəttinin mühafizə zolağına aid olduğu üçün tikintinin aparılmasına icazə verilmir. Qeyd edilib ki, gələcəkdə ərazidə hər hansı bir qəza olarsa, o zaman bulaq kompleksi və yaxınlıqda yaşayan insanların həyatı təhlükə altında qala bilər. Dəmir Yolu xəttinin mühafizə zolağına aid olan hissədə fəaliyyat göstərən digər obyektlərin fəaliyyəti də araşdırılacaq. 

Xəbər lenti

Çox oxunanlar