Xəzər Xəbər

İrandan Azərbaycana qarşı növbəti hörmətsizlik - Laçın dəhlizi bağlana bilər VİDEO

Veb TV | 21:09 • 11 Sentyabr 2021
İrandan Azərbaycana qarşı növbəti hörmətsizlik - Laçın dəhlizi bağlana bilər

İran tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə naməlum  yüklər daşınması Azərbaycan dövlətinin ərazi bütövlüyünə hörmətsizlikdir. Görünən odur ki, Ermənistan, o cümlədən İran hələ də Azərbaycanın yaratdığı yeni geosiyası reallıqlarla barışa bilmir.

Siyasi şərhçi Murad Sadəddinov hesab edir ki, İran və Ermənistanın "iş birliyi"nə Azərbaycan tərəfindən daha sərt reaksiya gələ bilər. Xüsusilə, Azərbaycan Ordusu Laçın dəhlizini bağlayaraq bu kimi qaçaqmalçılığın qarşısını ala bilər.

Murad Sadəddinovun fikrinə görə, hazırda İran tərəfinə ciddi beynəlxalq sanskiyalar tətbiq edilir. Belə bir halda Ermənistan hələ də İrandan kifayət qədər yanacaq məhsulları alır və bizim ərazilərimizə daşıyır. Bunun özü də İran tərəfindən törədilən ayrıca bir qaçaqmalçılıq faktıdır.

Siyasi şərhçi Xəyal Bəşirov isə hesab edir ki, İslam dövləti olan İran Ermənistanın təxribatına uyur. İran dövləti Ermənistanın Azərbaycan ərazilərində müsəlmanlar üçün müqəddəs sayılan dini abidələrə qarşı etdiyi hörmətsizliyi unutmamalıdır.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, İrana verilən notaların faydası yoxdur, çünki müəmmalı yükləri ərazimizə qanunsuz daşımaqda davam edir. Buna  görə də Qafan-Gorus yolu yenidən nəzarətə götürülməlidir.

Bu arada, İran Əfqanıstanla  sərhədlərıni bəzən açır, bəzən isə bağlayır. Bu isə region ölkələri, o cümlədən  Azərbaycan üçün əlavə problemlər  yarada  bilər. Miqranların bu ölkəyə girişinin  qarşısı  tam alınmadığından  Türkiyə  İranlla  sərhəddə  3  metr hündürlükdə sədd  çəkib.Əsas  məqsədləri Avropaya  getmək olan əfqanlar  öz  yollarını  Cənubi Qafqazdan da  sala  bilərlər. Belə olacağı təqdirdə  ölkəmiz  üçün əlavə  problemlər yarana bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti