Kanallarda su var, ancaq kənd sakinləri susuzluqdan əziyyət çəkirlər. Çünki su kanalllarında olan su vətəndaşlara verilmir.
Xezerxeber.az-ın məlumatına görə, Ucar rayonunun Rəstəcə kənd sakinləri belə iddia edirlər.
Onlar təsərrüfat suyundan istifadə edə bilmədikləri üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər.
Problem ilə bağlı Ucar Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Asif Orucov "Xəzər Xəbər"ə bildirdi ki, ölkənin hər yerində olduğu kimi Ucar rayonunda da su problemi yaşanır: "Hazırda suvarma mövsümü başa çatmaq üzrədir. Rayon ərazisində çəltiyin biçininə başlanıb. Bu səbəbdən əkin üçün verilən su artıq kəndlər arasında növbəli sistemlə bölüşdürülür".
O ki qaldı Rəstəcə kəndinə, Asif Orucov deyib ki, günü sabahdan növbəli sistem əsasında kəndin bütün ərazisinə suyun verilməsi təmin olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: