Xəzər Xəbər

QHT təmsilçiləri Şuşa şəhərinə səfər ediblər VİDEO

Veb TV | 21:36 • 11 Sentyabr 2021
QHT təmsilçiləri Şuşa şəhərinə səfər ediblər

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri başlayıb.

Xezerxeber.az xəbər verir ki, səfərdə 130-dan çox QHT təmsilçisi iştirak edir.

Qarabağın incisinə səfər bu şəhərin ən yüksək yeri olan Cıdır düzündən başlayıb.

Şuşanın qonaqlarına şəhərdə aparılan işlər barəsində məlumat verilib. Həmçinin şəhər azad edilərkən Vətən övladlarının qəhrəmanlıqlarından danışılıb.

Daha sonra səfər Molla Pənah Vaqifin məqbərəsini ziyarətlə davam edib.

Sovet hökuməti zamanı muzey kimi fəaliyyət göstərdiyi bildirilən Gövhər Ağa Məscidi isə qonaqlara qapılarını çılçıraqlı mənzərəsi və səccadələri ilə açıb.

Şuşanı ziyarət edən hər bir kəs üçün maraqlı anlardan biri isə ətri və dadı ilə məşhur olan Şuşa çörəyini almaqdır.

Son dayanacaq isə Şuşa qalası olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar