Xəzər Xəbər

Cəlilabadda 18 yaşlı gənc baltalanıb? - Polis iddianı araşdırır VİDEO

Veb TV | 20:55 • 11 Sentyabr 2021
Cəlilabadda 18 yaşlı gənc baltalanıb? - Polis iddianı araşdırır

Cəlilabadda 18 yaşlı gənc keçmiş qohumu tərəfindən döyülüb. Onun balta ilə başından vurulduğu iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində baş verib.

Ailəsi ilə birlikdə Rusiyada yaşayan kənd sakini Şəbi Şəbiyev bir neçə gün öncə kənddəki evlərinə qayıdıb. Ötən gün axşam bir neçə nəfər Şəbi Şəbiyevin yaşadığı evə basqın edib və onu vəhşicəsinə döyüb. Hətta zərərçəkən baş nahiyəsinə balta ilə zərbə vurulduğunu deyir.

Zərərçəkənin sözlərinə görə, hadisəni böyük qardaşının keçmiş qayınatası və qayınları Əliağa və Elsevər Qürbətov qardaşları törədiblər. Baş və bədən  nahiyəsindən ağır xəsarətlər alan Şəbi Şəbiyev təcili tibbi yardım avtomobili ilə Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

Məsələnin təfərrüatını öyrənmək üçün "Xəzər Xəbər" hadisənin baş verdiyi kənddə olub. Hadisəni törətməkdə ittiham olunan ailə ancaq şifahi məlumat verməklə kifayətlənib.

Hazırda faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır, hələlik saxlanılan yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar