Xəzər Xəbər

İstismara verilən “Kəlbəcər” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur VİDEO

Veb TV | 22:29 • 11 Sentyabr 2021
İstismara verilən “Kəlbəcər” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur

Ötən gün istismara verilən "Kəlbəcər" neftdaşıyan tankeri Azərbaycanda istehsal olunan sayca ikinci gəmidir.

Xezerxeber.az-ın məlumatına görə, yeni tanker Bakı Gəmiqayırma Zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən "Laçın" tankeri ilə eyni tiplidir.

"Kəlbəcər" tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Gəminin kapitanı Zeynalabdin Lətifov bildirib ki, tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla 11 gəmi istismar olunur. Heyətləri yalnız yerli mütəxəssislərdən ibarət olan bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərimizin, rayon və şəhərlərimizin adlarını daşıyır. Bu ilin sonunadək "Prezident Heydər Əliyev", "Kəlbəcər" və "Şuşa" tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar