Xəzər Xəbər

Lənkəran rayonunun 7 kəndinə aparan yol çöküb VİDEO

Veb TV | 21:03 • 11 Sentyabr 2021
Lənkəran rayonunun 7 kəndinə aparan yol çöküb

Hirkan-Daşdatük-Biləsər yolunda asfaltın bir hissəsi qoparaq dərəyə tökülüb. İki hərəkət zolaqlı yolun bir hissəsi çökmə nəticəsində tamamilə dağılıb.

Xezerxeber.az-ın məlumatına görə, 22 km-lik Hirkan-Daşdatük-Biləsər yolu Lənkəran rayonunun 7 kəndinə aparır.

Yoldakı deformasiyalar bir neçə vaxtdır nəqliyyatın hərəkətinə çətinliklər törədir.

Keçən qış mövsümündən uçqunlarla çıxan dağlıq yol bu ilin payız və qışında tamamilə çökə, ya da keçilməz ola bilər. Hava şəraitinin yağıntılı keçməsi indidən sürüşməni aktivləşib.

Dağ yamaclarından keçən bu yol 2018-ci ildə dövlət investisiyası hesabına əsaslı surətdə yenidən qurularaq istifadəyə verilib. Yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağıya doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb.

Ərazidə istinad divarlarının tikilməsi üçün Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq mütəxəssislər cəlb olunub. Yolun zərər görmüş hissələrinə baxış keçirilib, rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti