Vətəndaşlar ipoteka kreditlərinin şərtlərinin ağır olmasından narazıdırlar. Onlar Azərbaycanda ipoteka kreditlərinin faiz dərəcələrinin əhalinin əksər hissəsi üçün əlçatan olmadığını deyirlər.
Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Elşad Məmmədov da eyni fikirdədir.
Onun sözlərinə görə, faiz dərəcələrinin yüksək olması nəticəsində ipoteka kreditlərinin xeyli hissəsi qaytarılmır. Bu da bankların problemli aktivlərinin artmasına şərait yaradır. Bu hal iqtisadiyyatın digər sahələrinə də mənfi təsir göstərir.
Elşad Məmmədov hesab edir ki, vəziyyətdən çıxış yollarından biri dövlət dəstəyi ilə ipoteka institutunun inkişaf etdirilməsidir. Onun fikrincə, xüsusiləşdirilmiş dövlət idarəsinin kredit portfeli artırılmalı və həmin kreditlərin əlçatan faizlərlə verilməsi təmin edilməlidir.
Ekpertin sözlərinə görə, bu addımlar atılarsa, bank sektorunun yükü azalar, əhalinin sosial rifahı müsbətə doğru dəyişər. Bundan başqa, tikinti sektorunda canlanma yaranar ki, bu da yeni iş yerlərinin açılması ilə nəticələnə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: