Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib. Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında memorandum imzalanıb. Bu gün həmçinin Qarabağ bölgəsinin bərpasına və inkişafına həsr olunmuş Türkdilli Dövlətlərin Biznes Forumu da keçirilib. Tədbirdə çıxış edən türk şurasının baş katibi Bağdad Amreyev Qarabağın türk dünyasının inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini deyib.
Türkdilli iş adamları cənab prezidentlə görüşüb və Qarabağın bərpasına, orada iş yerlərinin yaradılmasına hazır olduqlarını bildiriblər. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpasına və inkişafına həsr olunmuş Türkdilli Dövlətlərin Biznes Forumunda deyib.
Nazir vurğulayıb ki Qarabağda həyata keçirilən layihələr biznes - investisiya imkanıdır.
Biznes Forumda çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Qarabağın türk dünyasının inkişaf etmiş bölgələrindən biri olacağını deyib. Bağdad Amreyev bildirib ki Türkdilli dövlətlərin iş adamları Qarabağda həyata keçirilən quruculuq işlərində iştirak edəcəklər.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanın nümayəndə heyətlərinin rəhbərləri və digərləri çıxışlarında sahibkarlıq, investisiya, "yaşıl" iqtisadiyyat, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb, təmsil etdikləri ölkələrin şirkətlərinin Qarabağın bərpası və yenidən qurulmasında iştirakda marağını ifadə ediblər.
Bu gün həmçinin Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib. Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.