Abşeron rayonunda MTK rəhbəriyi vətəndaşa sökdüyü obyektin əvəzini verəcəyini desədə, ancaq vədinə əməl etməyib. Zərərçəkmişin bütün qanuni sənədləri olmasına baxmayaraq obyektinin hələdə ala bilməyib. Zərərçəkmiş Rafael Yusifov iddia edir ki, tikinti şirkəti məsuliyyətdən yayınmaq üçün 2 dəfə adını dəyişib.
Vətəndaşın obyekti sökülərək yerində hündürmərtəbəli bina tikilib. Hadisə Abşeronun Xırdalan şəhərində baş verib.
Zərərçəkmiş Rafael Yusifov iddia edir ki,Xırdalan şəhərinin mərkəzi küçələrinin birində ona məxsus qanuni sənədlərlə obyekt olub. Həmin ərazidə yeni tikiləcək binanın birinci mərtəbəsindən vətəndaşa söküləcək obyektinin əvəzində yer təqdim ediləcəyi vədi verilib.Hətta onunla MTK rəhbərliyi arasında müqavilədə bağlanılıb.
Zərərçəkmiş iddia edir ki,tikinti şirkəti məsuliyyətdən yayınmaq üçün 2 dəfə adını dəyişib..Həmin vaxtdan düz 7 il keçsədə ancaq zərərçəkmişə obyekt verilməyib.
Məsələ ilə bağlı "Fam 88" MMC-nin təsisçisi Fəxrəddin Hüseynovla telefon əlaqəsi yaratdıq. O, Xəzər Xəbərə bildirdi ki, onlar Zərərçəkmişlə öz aralarında müqavilə bağlayıblar. Rafael Yusifova məxsus obyektin yeri keçid hissəyə düşdüyünə görə vətəndaşların şikayəti əsasında orada söküntü işləri aparılıb. Ancaq buna baxmayaraq zərərçəkmişə yaxın günlərdə başqa bir yerdən obyekt təqdim ediləcək.
Qeyd edək ki, zərərçəkmiş Rafael Yusifov məsələ ilə bağlı məhkəməyə müraciət edib.İşə baxılıb və zərərçəkmişin şikayətinin təmin olunmasına dair qətnamədə çıxarılıb.