Həmişə özlərini məzlum, köməksiz kimi göstərən ermənilər reallıqda xarici ölkələrdə cinayətkar dəstələrin sayına görə ön sıralardadır. Ermənilərin terror, soyğunçuluq, qətl kimi ağır cinayətlərlə məhşurlaşdığı ölkələrdən biri də ABŞ-dır. Bu ölkədəki cinayətkar erməni şəbəkəsinin dayağı isə sözdə '' humanizmə'' dəstək verən erməni diasporudur. Ən məşhur cinayətkar qruplaşma isə ''erməni gücü'' adı altında fəaliyyət göstərir
"Armenian pover" - "Erməni gücü" adı ilə 1980-ci ildən etibarən Kaliforniya ştatının Los Anceles şəhərində fəaliyyət göstərən dəstənin törətdiyi cinayətlərlə bağlı ABŞ-ın Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosunun rəsmi internet səhifələrində müxtəlif hesabatlar təqdim edilib. Nəhəng şirkətləri və zəngin şəxsləri qurban seçən cinayətkarların əməlləri çoxlarına bəllidir. Uzun illərdir ABŞ-da yaşayan azərbaycanlı vəkil Vüqar Cəfərov bdeyir ki, polis və federal təhiqatlar bürosu uzun illərdir ki, "Erməni gücü" qruplaşması ilə mübarizə aparır. Hər il onlarla erməni cinayətkar həbs edilir.
Vüqar Cəfərovun sözlərinə görə araşdırmaların çox vaxt aparması müəyyən hallarda cinayətkar qrupların xeyrinə işləyir. Onlar bu zamandan yararlanaraq bəzən qaçır, bəzən də şəxsi məlumatlarını dəyişdirə bilirlər. Ancaq, əksəriyyəti prosesin sonunda məsuliyyətə cəlb olunurlar.
''Erməni gücü'' dəstəsinin ən geniş istifadə etdiyi metod bank kartlarına mikroçiplərin yerləşdirilməsidir. Bu yolla onlar insanların bank məlumatlarını oğurlayırlar. Həmin informasiyanı həm özləri istifadə edirlər, həm də başqa qruplara satırlar. Vüqar Cəfərovun sözlərinə görə "Erməni gücü" və "Erməni qanı" adı altında fəaliyyət göstərən cinayətkar şəbəkə Ermənistanı ABŞ hüquq sistemində cinayətkar obrazda tanıdıb.