Göyçayda iki nəfərin mübahisəsi qanla bitib. 16 yaşlı yeniyetmə 53 yaşlı kişini bıçaqlayıb. Ağır xəsarətlər alan Əli Əliyev Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Göyçayda Yeniyetmə mübahisə etdiyi kişini öldürüb.
Şəhər sakini, 16 yaşlı İsmayıl Babazadə şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı 53 yaşlı Əli Əliyevi bıçaqlayıb. Ürək, qaraciyər və çənə nahiyyəsindən 3 bıçaq xəsarəti alan yaralı dərhal Göyçay Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Əli Əliyev xəstəxanada dünyasını dəyişib
Hadisəni törədən İsmayıl Babazadə polis əməkdaşları tərəfindən saxlanaraq istintaqa təhvil verilib. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.