Xəzər Xəbər

Qarabağda yol tikintisi davam edir - Laçın koridoruna alternativ yol çəkilir VİDEO

Veb TV | 21:33 • 6 Avqust 2021
Qarabağda yol tikintisi davam edir - Laçın koridoruna alternativ yol çəkilir

Şuşa şəhərini işğaldan azad edərkən rəşadətli Ordumuzun istifadə etdiyi "Zəfər yolu"nun tikintisi davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov avqustun 6-da keçirilən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101,9 kilometrdir. "Zəfər yolu" 2 hərəkət zolaqlı olmaqla 2021-ci ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

Bundan başqa, işğaldan azad olunmuş Laçına daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə artıq başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

  

Xəbər lenti