Azərbaycandan olan yanğınsöndürənlər yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak edirlər.
Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bu gün Prezident İlham Əliyevlə telefon danışığı zamanı səsləndirib.
Türkiyə prezidenti bu dəstəyi Azərbaycan -Türkiyə qardaşlığının bariz təcəssümü kimi qiymətləndirib.
Hərbi-siyasi ekspert Elçin Axundov deyir ki, Azərbaycan oğulları 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandanın tapşırığı ilə bu dəfə də Türkiyədə tarix yazırlar.
Telefon danışığı zamanı Prezident İlham Əliyev yola çıxan 40 yanğınsöndürən maşının da sabah yanğın zonasına yetişəcəyini bildirib. Prezident türkiyəli həmkarına əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif edib ki, bununla da yardıma gedən canlı qüvvənin sayı 710 olacaq.
Ekspert deyir ki, Azərbaycan ilk gündən bütün yardımlarını tam təmənnasız edir. Əlbəttə ki, bunu yalnız qardaş qardaşı üçün edər.
Qeyd edək ki, 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarə də daxil olmaqla, yanğın başlayan ilk gündən Azərbaycan Türkiyəyə ümumi olaraq 93 yanğınsöndürən maşın və texnika göndərib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: