Paytaxtın Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi döngə 6-da antisanitar vəziyyət hökm sürür.
Xezerxeber.az-ın məlumatına görə, həmin küçədə zibil ətrafa dağılıb və ətrafı üfunət bürüyüb. Maraqlıdır ki, zibil qutularındakı məişət tullantıları daşınsa da, ətrafa yayılan zibillər yığışdırılmır.
Sakinlər iddia edir ki, sözügedən küçədə zibillər vaxtında daşınmadığına görə tullantılar ətrafa yayılır.Onların sözlərinə görə zibilin iyi evlərinə kimi gəlir.
Məsələ ilə Bağlı Binəqədi rayon icra hakimiyyətinin mövqeyini də öyrəndik. İcra hakimiyyəti aparatinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi leyla quliyeva zibillərin yığışdırılmamasını texnikada yaranan problemlə əlaqələndirdi.
Sakinlər ərazidə zibil qutularının sayının artırılması istəyirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: