Bakıda qaz sayğaclarını oğurlayıb metal qəbulu məntəqələrinə satan şəxs saxlanıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Bir neçə nəfər polisə məlumat verib ki, mənzillərinin qaz sayğacı naməlum şəraitdə oğurlanıb. 27-ci polis bölməsinin əməkdaşları əməliyyatla sayğacları oğurlamaqda şübhəli bilinən Fariz Abıyevi saxlayıb. Saxlanılan şəxs törətdiyi əməlini etiraf edir.
27-ci polis bölməsindən verilən məlumata görə, Fariz Abıyev 20-ə yaxın mənzilin sayğaclarını oğurlayıb və dəyərindən ucuz qiymətə satıb. Bölmə əməkdaşları bundan başqa, Cabbar Qaryağdıoğlu küçəsində Vüsal Əsədzadəyə məxsus avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Sənan İsmayılovu da saxlayıb.
Hər iki faktla bağlı bölmədə araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: