Sabirabadda, Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbdə hər sinif otağının qarşısında şəhidlərimizin şəkilləri və onlar haqqında məlumatlar əks olunub.
Xezerxeber.az-ın məlumatına görə, sinif otaqlarına daxil olarakən ilk öncə şagirdləri Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız qarşılayır. Bütün sinif otaqlarının girişində 44 günlük Vətən müharibəsi zamanı Sabirabad rayonundan, eləcə də digər bölgələrimizdən olan şəhid qəhrəmanlarımızın şəkilləri və məlumat lövhələri asılıb. Burada əsas məqsəd yeni yetişən nəsil arasında qəhrəmanlıq ruhunun aşılanmasıdır.
Direktor müavini Ülkər Süleymanova qeyd edir ki, bu işə əvvəlcə ibtidai siniflərdən başlayıblar. Daha sonra isə kütləvi hal alaraq bütün sinif otaqlarının girişi bu cür hazırlanıb.
Ülkər Süleymanova tez-tez şəhid valideynlərini məktəbə dəvət etdiklərini və onların şagirdlərlə görüşlərinin keçirildiyini bildirir.
Məktəbin digər müəllimləri də atılan bu addımın şagirdlərin təlim-tərbiyyəsində mühüm rol oynadığını və belə nümunəvi işlərin bütün məktəblərdə təşkil olunmasının vacib olduğunu deyirlər.
Bundan sonra rayonun digər ümumtəhsil müəssisələrində də bu cür vətənpərvərlik ruhunun aşılanmsaına xidmət edəcək layihələr həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: