44 günlük Vətən müharibəsində canını fəda etmiş qəhrəman igidlərimizdən biri də Rəmal Gülüşov olub.
Xezerxeber.az-ın məlumatına görə, Rəmal Gülüşov 1995-ci ildə Ucar rayonu, Qaracallı kəndində anadan olub.
Orta məktəbi bitirən Rəmal 2013 -ci ildə həqiqi hərbi xidmətə yollanıb. Ötən ilin sentyabrında təlimlərə qatılmaq üçün yenidən ordu sıralarına çağırılıb. Sentyabrın 27 -də başlayan ikinci Qarabağ müharibəsində döyüşlərə qatılıb. İlk olaraq Füzuli, Tərtər, daha sonra Talış, Suqovuşan və Ağdərə istiqamətində döyüşlərdə iştirak edib. Sonuncu dəfə isə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə aldığı güllə yarasından şəhadətə yüksəlib.
Dünən şəhidimizin doğum günü olub. Bu səbəbdən qohumları tanışları, dostları, hətta xidmət etdiyi hərbi hissənin zabit və gizirləri də onun mövluduna yığışmışdılar. Əvvəlcə məzarını ziyarət edərək qəbri üstünə gül-çiçək düzüblər.
Qeyd edək ki, Rəmal Gülüşov ölümündən sonra "Vətən uğrunda", və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: