Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının Ağdam rayonunda minaya düşüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağdamın işğaldan azad olunmuş Uzun Dərə adlı ərazisində baş verib.
Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hadisə zamanı Fərid Əliyev göz və əl nahiyəsindən qəlpə yarası alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: