Bakının Nərimanov rayonu, Xətai prospektində piyada keçidi nişanı ağacların arasında görünməz olub. Həmin ərazidə keçidin olduğunu piyadalar və sürücülər cəmi bir neçə metr qalmış görə bilirlər.
Xezerxeber.az-ın məlumatına görə, prospektdə ağacların yarpağı piyada səkisinə qoyulan nişanı tam bağlayıb.
Həmin yoldan istifadə edən yol hərəkəti iştirakçıları bildirirlər ki, keçid nişanı görünməz olduğundan ərazidə dəfələrlə qəzalar olub.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildirildi ki, əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq. Keçidin görünən vəziyyətə gətirilməsi üçün ağac budanacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: