Rusiyanın Moskva vilayətinin İstra şəhərindəki müvəqqəti təcridxanadan qaçanlar bu planı əvvəlcədən hazırlayıblar.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, həbsxanadan qaçanlar Avan, Surkanu, Denis Qrozavu, Nikolay Teterya, Aleksandr Butnaru və Aleksandr Mavri adlı müttəhimlərdir.
Onlardan ən təhlükəlisi Aleksandr Mavridir. Belə ki, o, bir neçə qətldə ittiham olunur. Onun sonuncu qurbanı “Kolbasa impersiyası”nın sahibi kimi tanınan Vladimir Maruqovun olub.
Məlumata görə, onları axırıncı dəfə dəmiryolu vağzalında görüblər, ondan sonra izləri itib.