Vətən müharibəsində böyük şücaət göstərmiş igid hərbçilərimizdən biri də Əli Qasımov olub.
Xezerxeber.az-ın məlumatına görə, Əli Qasımov 19 yaşında canını vətən torpağı üçün fəda edən oğullardan oldu.
Qəhrəmancasına müharibəyə yollandı, düşmənlə vuruşaraq Talış kəndi, Suqovuşanın azadlığını yaşadı. Düşməndən ələ keçirilən hərbi qənimətləri sürərək gətirmək isə Əli üçün ən böyük qürur və xoşbəxtlik oldu və o bu sevinci ilk olaraq ailəsi ilə bölüşdü.
Əli nə zaman zəng etsə "mən yaxşıyam, siz özünüzdən muğayət olun" deyib . Hərbidə olsa da, anasını xəbərsiz, hətta hədiyyəsiz belə qoymayıb. Bibisi oğlu ilə ona son olaraq özündən bir nişanə göndərib.
3 oğul böyüdən ana deyir ki, 2 balasını eyni vaxtda müharibəyə göndərib.
Əli Ağdərə uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlir. Gənc qəhrəmanımızın yazı stolunu indi fəxri fərmanlar, otağının divarını isə hərbi forması bəzəyir. Bir də şəhid olan zaman qolunda olan saatı divarda asılıb. Azərbaycan bayrağının əks olunduğu, şüşəsi çilik-çilik olan saatı. Rahat uyu igid, uğrunda qanının qarışdığı torpaq əmin əllərdədir.
Qeyd edək ki, Əli Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: