Azərbaycanda yeni sort yemişlər yetişdirilib.
Xezerxeber.az-ın məlumatına görə, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən 100-dən çox yeni növ yemişlər yetişdirilib.
İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib ki, ən uyğun sort seçilərək dövlət komissiyasına təqdim olunur, daha sonra qeydiyyata alınır. Hazırda 4 yemiş növü dequstasiya komissiyasının üzvləri tərəfindən qiymətləndirilib. 7 növ nümunə isə selekçiyalara daha bir il üzərində iş aparılması üçün geri verilib. Şəkərlərinin az və ya çox olması isə onları fərqləndirən cəhədlərdən biridir.
Elmar Allahverdiyev yemişlərə toplanılmış komissiya tərəfindən müxtəlif adların verildiyini də qeyd edib. Lətinin rənginə görə bir yemişə "sədəf", digərinə "Kəhraba" adı verilib. Biri isə üstündə iş aparan selekçiyaçı alimin adı ilə adlandırılıb. Yaxın vaxtlarda bu sortların toxumlarının satışınına başlanacaq.
Qeyd edək ki, yeni yaradılmış sortlardan ən böyüyünün çəkisi 10 kiloqramdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: