Prezident İlham Əliyevin sərəncamı ilə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində zərər vurulmuş məktəblərin təmirinə 7 milyon manat ayırılıb.
Xezerxeber.az-ın məlumatına görə, dövlət başçısı tərəfindən imzalanan sərəncam və ayrılan vəsaitlə həmin məktəblər əvvəlki halına qaytarılacaq.
Belə təhsil ocaqlarından biri də Gəncə şəhər 29 nömrəli tam orta məktəbdir. 17 oktyabrda düşmənin raket hücumundan ciddi zərər görən məktəb elə o vaxtdan istifadəsizdir. Həmin hücum zamanı şəhid olan 15 dinc sakindən 5-i isə məktəbin şagirdi idi.
Düşmənin raket hücumu nəticəsində ciddi zərər görən 4 saylı məktəb-liseydə də artıq işlərə başlanıb.
Bu məktəbdə isə tədris prosesi korpuslardan birində dərslərin 6 gün və ikinövbəli təşkil edilməsi hesabına təşkil olunub.
Qeyd edək ki, müharibə zamanı zərər görmüş məktəbəqədər tərbiyə müəssisələri də dövlət vəsaiti hesabına bərpa ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: