Xəzər Xəbər

Magistraturaların boş qalan yerlərinə qəbul başlayıb VİDEO

Veb TV | 19:55 • 5 Avqust 2021
Magistraturaların boş qalan yerlərinə qəbul başlayıb

Magistraturaların boş qalan yerlərinə qəbul başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, bu gündən ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi başlayıb.

28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarında iştirak etmiş şəxslər ixtisas seçimi apara bilərlər.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, müsabiqəyə 1648 boş plan yeri çıxarılıb. Onlardan 87-si dövlət sifarişlidir. Bakalavra elektron ərizədə 20-ə qədər ixtisasın kodunu qeyd etməyə icazə verilir.

Müsabiqədə yenə həm ümumi imtahan, həm də fənlər üzrə minimal balları toplayanlar iştirak edə biləcəklər.

İxtisas seçimi 11 avqust saat 23:59-dək davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:   

Xəbər lenti

Çox oxunanlar