Xəzər Xəbər

Məhsullarını satdılar, böyük məbləğdə vergi borcuna düşdülər - Fermerlər şikayətçidir TƏFƏRRÜAT/VİDEO

Veb TV | 20:45 • 4 Avqust 2021
Məhsullarını satdılar, böyük məbləğdə vergi borcuna düşdülər - Fermerlər şikayətçidir

Cəlilabadda kartof əkini ilə məşğul olan fermerlərə böyük məbləğdə vergi borcu gəlib.

Xezerxeber.az-ın məlumatına görə,rayonun Muğan kənd sakinləri həmişəki  kimi  becərdikləri kartofu  alıcılara  satıb. Bu il fermerlərin  hesabında   vergi  borcu  yaranıb.

Fermer   Xanlar  İrəcovun sözlərinə görə, mövsümün əvvəlində    tanışları  kəndə  gələrək  bildirib ki, böyük bir şirkətə sahibdirlər. Güya  həmin şirkət Cəlilabad rayonunda  becərilən bütün kartof məhsullarını  satın  alıb Rusiyaya ixrac edəcək. Bunun   üçün  isə qabaqcadan  fermerlərlə müqavilə bağlanacaq.

Xanlar İrəcov deyir ki, danışdıqları kimi fermerlərin şəxsiyyət vəsiqələrinin  surətini deyilən ünvana göndərəndən sonra  heç bir müqavilənin surəti  onlara   gəlib çıxmayıb. Fermer məhsulun satışı  başlayandan sonra   onlarla   bir daha  əlaqə saxlayıb. Ona bildiriblər ki, Cəlilabadda kartof ixracı ilə məşğul olan bütün alıcılar onların  əməkdaşıdır. Deyilənlərə  inanan fermer  bildirir ki, hər kəs elə köhnə qaydada  kartofunu satıb qurtarandan  bir müddət keçəndən sonra şəxsiyyət vəsiqəsini verən bütün əkinçilərin hesabında  vergi borcu yaranıb.

Abbasov  Akif ən  çox   zərər çəkən fermerlərdən hesab olunur. Onun hesabında 11 min manat vergi borcu yaranıb. 6 saylı  Vergilər İdarəsində olan  Akifə deyilib ki, o, kartof  ticarətilə məşğul oduğu üçün və vergisini vaxtında ödəmədiyinə görə ona bu qədər borc hesablanıb.

Məsələ ilə bağlı Dövlət Vergi Xidməti bildirir ki, həmin vergi ödəyiciləri tərəfindən 2020-ci il ərzində elektron alış aktları ilə "İNTERNATİONAL LOJİSTİK" MMC və"LAND LOJISTIC" MMC-yə kənd təsərrüfatı məhsulu satılıb. Lakin digər şəxslərə təqdim edilmiş kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilə biləcək torpaq sahəsi və işçi qüvvəsi barədə vergi orqanlarına rəsmi məlumat verilməyib. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinə alış aktlarında qeyd olunan gəlirə görə əlavə vergi hesablanıb. Bununla yanaşı, Dövlət Vergi Xidməti məsələnin həmin şəxslərin iştirakı ilə araşdırılacağını, araşdırmanın nəticələrinə əsasən, qanunvericliyin tələblərinə uyğun tədbirlər görüləcəyini bildirir. Araşdırmanın nəticəsi barədə ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:   

  

Xəbər lenti