Bu il müəllimlərin işə qəbulu imtahanında 46 min 930 nəfər iştirak edib. Onlardan 10 min 259 nəfəri hazırda müəllim kimi işləyənlərdir.
Xezerxeber.az xəbər verir ki, bunu feysbuk səhifəsində sualları cavablandıran təhsil naziri Emin Əmrullayev deyib.
Nazir onu da bildirib ki, müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat və ingilis dili fənləri üzrə imtahanlar nisbətən çətin olub.
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi isə avqustun sonuna yaxın keçirilə bilər. Emin Əmrullayev bildirib ki, musiqi və təsviri incəsənət fənləri üzrə daha çox vakansiyalar təqdim olunur. Təhsil naziri onu da vurğulayıb ki, müəllimlərin işə qəbulu müsabiqəsi 10 il əvvəlki dövrlə müqayisədə kifayət qədər ədalətli keçirilir. Həmçinin əlavə edib ki, növbəti il 1533 müəllimin təqaüdə çıxması planlaşdırılır. Nazir qarşıdan gələn tədris ilində dərslərin onlayn davam edib- etməyəcəyi haqda sualı da cavablandırıb: "Çalışacağıq ki, yaxın günlərdə növbəti tədris ilində məktəblərin açılacağı məsələsinə aydınlıq gətirək".
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: