Xəzər Xəbər

İslahatlar Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişafına hesablanıb VİDEO

Veb TV | 20:16 • 4 Avqust 2021
İslahatlar Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişafına hesablanıb

Azərbaycan Ordusunda aparılan islahatlar Silahlı Qüvvələriin daha da inkişaf etməsinə hesablanıb.

Uğurlu islahatların nəticəsində  Azərbaycan Ordusu artıq istənilən vəzifənin öhdəsindən gələməyə qadir olduğunu da sübut edib. Rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində tarixi zəfərlə xalqımıza əvəzolunmaz sevinc yaşadıb.

Bu arada, 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənovun vəzifəsindən azad olunması xəbərinin  yayılması sosial şəbəkələrdə Azərbaycan Ordusuna qarşı qarayaxma kampaniyası ilə müşahidə olunub. Bu dəyişikliklər kimlərinsə 44  günlük müharibədə dastan yazan, dünyanın ən güclü 50  ordusu sırasında olan Silahlı Qüvvələrimizə qarşı ləkə yaxması üçün heç vaxt əsas ola bilməz.

Hərbi ekspert Ruslan İmanquliyev hesab edir ki, yerdəyişmələr ordunun təkmilləşdirilməsi üçün görülən işlər kimi qiymətləndirilməlidir.

O vurğulayır ki, belə dəyişikliklər təkcə Azərbaycan Ordusunda baş vermir. Onun sözlərinə görə, davamlı uğurların əldə olunması üçün rotasiyaların həyata keçirilməsi zəruridir.

Yeri gəlmişkən, Müdafiə Nazirliyi də kadr dəyişikliyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Qeyd olunub ki bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad etmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur: "Ümumiyyətlə, şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər. Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmədən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zəfər çalmış qalib ordu haqda bu kimi məlumatların yayılması və ya sosial şəbəkələrdə əsassız müzakirə obyektinə çevrilməsi ordumuzun gündəlik fəaliyyətinin təşkilinə mənfi təsir göstərir və əməliyyat şəraitində olan hərbi qulluqçularımızın həyatını təhlükə altına qoya bilər. Bu kimi hallar eyni zamanda Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına, onların ordumuza qarşı apardığı dezinformasiya və "feyknyus" əməliyyatlarının asanlaşdırılmasına xidmət edir".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti

Çox oxunanlar