Xəzər Xəbər

Sosial yardım artdı VİDEO

Veb TV | 19:52 • 4 Avqust 2021
Sosial yardım artdı

Aztəmiantlı ailələrə verilən sosial yardımın məbləği artıb. 2021-ci ilin iyul ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artaraq 231,9 manatdan 259,3 manata çatıb.

Xezerxeber.az xatırladır ki, 2006-cı ildən başlanılan dövlət sosial yardım proqramına əsasən aztəminatlı ailələrə verilən məbləğ ildən-ilə artmaqda davam edir.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdilinin  sözlərinə görə,  iyul ayından orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği keçən ilin eyni dövrü ilə müqayisədə 11.8 faiz artıb.

Rəşad Mehdili son illərdə sosial yardım proqramına əlçatanlığın artırılması istiqamətində edilən yenilikləri də qeyd edib. Bildirib ki, sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğin  yaşayış minimumuna nisbəti 10 faizdən çox olmalı idisə, bu nisbət 15 faizə çatdırılıb.

Qeyd edək ki, sosial yardımın alınması üçün müraciətlər 15 iş günü müddətində araşdırılır və müvafiq qərarlar qəbul edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:   

 

Xəbər lenti

Çox oxunanlar