Məişət tullantılarının daşınması üçün Bakıya kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri gətirilib.
Xezerxeber.az xəbər verir ki, bu avtomobillər əvvəlkilərdən fərqli olaraq bir sıra üstünlüyə malikdir.
Tullantıları daşıyan yeni avtomobillər Bakı Şəhər İcra Hakimiyyətinin tağşırığı əsasında Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən alınıb.
Departamentin şöbə müdiri Heydər Həşimov ''Xəzər Xəbər''ə bildirib ki, yeni avtomobillərin alınmasında məqsəd məişət tullantılarının daha operativ daşınmasını təmin etməkdir.
Həmçinin bildirilib ki, paytaxtda məişət tullantılarının çeşidlənməsi istiqamətində də işlər davam etdirilir. Bu məqsədlə pilot olaraq Nərimanovda başladılan layihəyə artıq 3 rayon qoşulub. Hər 3 rayonda ümumilikdə 1226 konteyner meydançası yaradılıb, meydançalara 2 rəngdə müasir konteynerlər quraşdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: