Kürdəmirdə nəzarətsiz qalan azyaşlını elektirik cərəyanı vurub.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Muradxan kəndində baş verib.
Kənd sakini bir yaşlı İxtiyar Qəribovu valideynləri həyətyanı əraziyə oynamaq üçün düşürdüb.
Həyətdə nəzarətsiz qalan İxtiyar Qəribov üstü açıq elektirik naqillərindən tutaraq oynamaq istəyərkən cərayan onu vurub. Evdə olan anası və nənəsi azyaşlının yerdə uzandığını görüblər. Dərhal uşağın yanınına gəlsələr də, hər şey gec olub.
Qohumlarının sözlərinə görə, hadisə zamanı həyətdə heç kəs olmadığı üçün valideynləri də hadisədən xəbərsiz olub. Uşaq nəzarətsiz qaldığı üçün hadisə baş verib.
Hadisədən sonraki anlar isə İxiyarın beş yaşlı bacısı Zərhanın gözü qarşısında olub.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: