Xəzər Xəbər

İcarəyə verilən kitablara maraq çoxdur

Veb TV | 21:11 • 3 Avqust 2021
İcarəyə verilən kitablara maraq çoxdur

İllərlə kitabları aldı, oxudu və topladı. Kitablarını əvvəlcə özü kimi mütaliə həvəskarı olan dostları ilə paylaşdı. Sonra isə oxumaq həvəskarlarının çoxluğunu nəzərə alaraq kitablarını hər kəs üçün əlçatan etmək qərarına gəldi...

Xezerxeber.az xəbər verir ki, Orxan Əsgərov arzu edənlərə kitab satışı ilə bağlı da xidmət göstərir. Ancaq onun üçün işin maraqlı tərəfi kitab icarəyə götürənlərdir. Belələrinin sayrı 100-dən çoxdur və bura müntəzəm olaraq həvəslə baş çəkirlər. Çünki istədikləri kitabı cəmi bircə manata oxumaq imkanı olduqca sərfəli görünür.

İnsanların kitab icarəsinə maraq göstərməsi istər-istəməz belə bir sual yaradır: Əgər mütaliə həvəskarı kitabı hətta pul ilə götürüb oxumağa razıdırsa, onda niyə kitabların pulsuz verildiyi dövlət kitabxaları çox vaxt oxucu azlığından şikayətlənir?

Gəncə Mərkəzləşmiş Kitabxana Sistemindən bildirirlər ki, pandemiya şərtlərinə uyğun olaraq oxuculara kitablar onlayn müraciət əsasında "pdf" formatda təqdim olunur. Müraciətlər isə müxtəlif sahələri əhatə edir. Amma bəzi hallarda oxucuya lazım olan kitablar fondda olmur.

Kitabxanalara yeni kitabların alınması və təqdim olunması isə Mədəniyyət Nazirliyinin Respublika Kitabxana Kollektoru tərəfindən həyat keçirilir. Mövcud vəziyyət isə göstərir ki, yeni kitabların alınması zamanı müasir oxucunun maraq dairəsi də əsas götürülməldir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:  

Xəbər lenti