Paytaxtın ən böyük yollarından olan Heydər Əliyev prospekti ilə Bakıxanov qəsəbəsini birləşdirən yol əsaslı şəkildə təmir edilir.
Xezerxeber.az xəbər verir ki, söhbət başlanğıcını "Koroğlu" metrostansiyasının yaxınlığından götürən və Bakıxanov qəsəbəsinə gedən Bəşir Bünyadov küçəsindən gedir.
Uzun müddətdir ki, təmirə ehtiyacı olan küçədə yenidənqurma işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunub. Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.
Sözügedən ərazidə bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.
Bu işlərə paralel olar sözügedən qəsəbədə təmirə ehtiyacı olan digər yollar da yenidən qurulacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: