Xəzər Xəbər

Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv olunub VİDEO

Veb TV | 21:05 • 3 Avqust 2021
Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv olunub

Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə məsələyə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında baxılıb.

İclas Dövlət himninin oxunması ilə başlayıb. Ardınca İntizam komissiyasının sədri Eldar İbrahimov ötən gün keçirilən iclas barədə məlumat verib.

O bildirib ki, komissiyanın 11 üzvü yekdil şəkildə Eldəniz Səlimovun törətdiyi əməl haqda fikrini bildirib və rəy verib.

Baş prokuror Kamran Əliyev çıxış edərək hadisə və başlanan cinayət işi barədə məlumat verib.

Kamran Əliyev cinayət işinin niyə 315-ci yox, 309.2-ci maddəsi ilə başlanmasına da münasibət bildirərək vurğulayıb ki, 315-ci maddə hakimiyyət nümayəndəsinin vəzifəsinin icarası ilə bağlıdır. 

Hadisəyə münasibət bildirən millət vəkilləri qeyd ediblər ki, Eldəniz Səlimovun törətdiyi əməl Milli Məclisin adına ləkədir.

Deputat Tahir Kərimli isə məsələnin barışıq yolu ilə də həll edilə biləcəyini deyib.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv olunub.

Dövlət himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

 

Xəbər lenti

Çox oxunanlar