Azərbaycanda “Aİ-98” super markalı benzinin qiyməti artıb.
Xezerxeber.az xəbər verir ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub.
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib ki, satış qiymətinin bahalaşması yanacağın idxal dəyərinin artması ilə əlaqədardır.
Onun sözlərinə görə, “Aİ-98” markalı benzin yalnız SOCAR brendli yanacaqdoldurma məntəqələrində satılır: "Tələbat isə o qədər də çox deyil. Məhz bu səbəbdən super növün satışı hazırda SOCAR yanacaqdoldurma məntəqələrinin cəmi 7-də həyata keçirilir".
Qeyd edək ki, "Aİ-98" markalı benzinin qiyməti daha əvvəl də 15 qəpik artırılaraq 1 manat 55 qəpiyə satılırdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: