Qardaş Türkiyədə baş verən yanğın terroru Ermənistandan başqa hamını kədərləndirdi. Ermənistan mediası və siyasi dairələri xislətlərinə sadiq qalaraq bu acı xəbəri sevinclə qarşıladı.
Bu hal bir daha Ermənistanın nə qədər dağıdıcı, faşist, anti-humanist və qeyri-insani mahiyyətli dövlət olduğunu göstərir. Xüsusilə dar gündə digər qonşu dövlətlərin Türkiyəyə yardımı Ermənistan cəbhəsini əməlli-başlı narahat edib.
Xezerxeber.az xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Aydın Quliyevin sözlərinə görə, Erməninstan cəbhəsini daha çox qıcıqlandıran Rusiyanın yanğınsöndürən təyyarəsinin yanğın ocaqlarının söndürülməsində fəallığı olub. Bundan başqa, Ermənistan tərəfi hələ də Vətən müharibəsi zamanı Türkiyə və Rusiyanın Azərbaycanın haqq mövqeyinə dəstək ifadələri ilə barışa bilmir.
Aydın Quliyev onu da bildirib ki, Ermənistan çətin vəziyyətə düşən dövlətlərə yardım göstərməyin nə qədər humanist yanaşma olduğuna dəyər verə bilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: