Hazırda inşası davam edən "Zəfər yolu" sentyabr ayında təhvil veriləcək.
Xezerxeber.az xəbər verir ki, keçən ilin noyabrın 16-da dövlət başçısı tərəfindən adı qoyulan "Zəfər yolu"nun 2-ci texniki dərəcəyə uyğun inşası davam edir. 2 ay ərzində yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Uzunluğu 101.5 km olan yol 2 zolaqdan ibarətdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, artıq asfaltlanma işləri aparılır.
Anar Nəcəfli onu da qeyd edib ki, həmin ərazilərdən keçən Yeni Əhmədbəyli-Füzuli-Şuşa yolu da inşa edilir. Yolun uzunluğu 82.6 kilometrdir. 2024-cü ilə qədər yekunlaşması gözlənilən yolun digərindən qısa olmasının səbəbi orada körpülərin, xüsusi tunellərin inşasının planlaşdırılmasıdır.
Qeyd edək ki, "Zəfər yolu" işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalıdan keçməklə Şuşaya gediş-gəlişi Daşaltı kəndi istiqamətindən təmin edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: