Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Yanğının baş verməsinə səbəb isə ev sahibi olub. Oğluna hirslənən ata evi yandırıb
Ata, oğlunun və gəlininin yaşadığı evə od vurub.
Hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ev 98 ünvanında baş verib. Həmin ünvanda yaşayan ailə arasında düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdıyev , oğlu və gəlninə mənzili yandığracağını deyib. Hətta ata ilə oğul arasında davada düşüb. Bundan bir neçə dəqiqə sonra mənzil yandırılıb. Ev əşyaları ilə birlikdə yanaraq kül olub.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə İdarəsinin və ərazi üzrə polis bölməsinin əməkdaşları cəlb olunub. Ailə hazırda qonşuların himayəsində qalır. Qeyd edək ki, ev artıq son iki ildə ikinci dəfədir yandırılır.
Evə od vuran ata Ağabaxış Abdıyev isə törətdiyi əmələ bu cür haqq qazandırmağa çalışıb. Hətta çəkiliş vaxtı oğlu ilə aralarında mübahisədə yaşanıb.
Hadisədən sonra ailə üzvlərinin izahatları alınıb. Faktla bağlı araşdırma aparılır.