Deyirlər dargündə insanın ilk köməyinə qonşusu çatar. Şəkinin Şorsu kənd sakinləri isə qonşu Cumakənd sakinlərinin əlindən bostan əkə bilmirlər. Cumakənd sakinləri yüzə qədər mal qaranı açıb Şorsuluların əkin sahələrinə buraxırlar. Əməkdaşlarımız məsələnin təfərrüatlarını araşdırıb
Mal qara tapdağı altında olan bostanlar, tütün, tərəvəz sahələri. Görüntülər Şəki Rayonunun Şorsu kəndindəndir.
Kənd sakinlərinin minbir zəhmətlə əkdikləri bostan tərəvəz tütün sahələrinə qonuşu Cumakənd sakinləri mal qaralarını buraxırlar. Zəhmətləri mal qara tapdağı altında batan insanlar nə edəcəklərini bilmirlər.
Başlı-başına buraxılan heyvanlar qarşısında əlacsız qalan sakinlər məsələnin həll olunmasını istəyirlər.
Faktla əlaqədar Şorsu kənd icra nümayəndəsi Oruc Mahmudovun sözlərinə görə dəfələrlə insanlara xəbərdarlıq etsələrdə vəziyyət dəyişmiyib..Zəhmətlə yertişdirilən məhsulu mal qara buraxıb xarab edənlər layıqli cəzasını almalıdır...
Cumakənd icra nümayəndəsi Mustafa Əliyev isə ildirdi ki heyvanların sərbəst buraxılmasına qarşı ilk gündən mübarizə aparırlar.Mal növbəsinə mal saxlayanlar getmir.Nəticədə təkcə Şorsu deyil öz təsərrüfatlarımıza da ziyan dəyir.Faktla bağlı polisə də müracət etmişik
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mahir Məsimov bildirdi ki,faktla əlaqədar araşdırma aparilacaq.