Xəzər Xəbər

Məşhur aktrisa məhkəməyə verilə bilər VİDEO

“Məsumiyyət” serialında çəkilən tanınmış aktrisa Dəniz Çakır məhkəməyə verilə bilər.
Veb TV | 14:36 • 12 Mart 2021
Məşhur aktrisa məhkəməyə verilə bilər

Hazırda Türkiyənin “Fox” kanalının efirində yayımlanan “Məsumiyyət” serialında çəkilən tanınmış aktrisa Dəniz Çakır məhkəməyə verilə bilər.

"Haber Global" xəbər verir ki, adıçəkilən serialın geyim üzrə köməkçisi Çağatay Görgən aktrisanın onu söyməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

Gəncin sözlərinə görə, D.Çakir heç bir ciddi səbəb olmadan onu bütün kollektivin önündə təhqir edib və ünvanına alçaldıcı sözlər işlədib. O isə öz növbəsində bu şəraitdə çalışa bilmədiyi üçün ərizə yazaraq serialdakı vəzifəsindən uzaqlaşıb.

Geyim ustasının vəkili aktrisanın üzr istəməsini tələb etdiklərini, əks halda işin məhkəməyə qədər uzanacağını bildirib.

Qeyd edək ki, Dəniz Çakır Azərbaycan tamaşaçısına daha çox “Yaprak Dökümü” serialındakı “Ferhunde” və “Muhteşem Yüzyıl”dakı “Şah Sultan” obrazlarıyla tanışdır./publika.az

 

Xəbər lenti

Çox oxunanlar