Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələr, xüsusilə də şəhid və qazi ailələri üçün sahibkarlıq imkanları yaradılır.
Xezerxeber.az-ın məlumatına görə, birinci Qarabağ müharibəsində üç üzvünü itirən Abbasovlar ailəsi də bu imkanlardan yararlananlardandır.
İkinci qrup əlil olan Elmar Abbasov deyib ki, atası, anası və bacısı 1992-ci ildə Ağdamdan Şuşaya uçan vertalyotda şəhid olublar.
Bu vertolyotda 41 nəfər sərnişin və üç ekipaj üzvü dünyasını dəyişib, Elmarla qardaşı hələ uşaqkən ana nənələrinin himayəsinə keçiblər. Taleyinə həm qaçqınlıq, həm də kimsəzilik yazılan Elmara dövlət öz yardım əlini uzadıb. İndi Elmarın dərzi xanımı Elnarə bu proqram sayəsində öz işini qurub.
Pandemiya Elnarə Abbasovaya işləməyə imkan verməsə də, bizim üçün iş yerinin qapılarını açan dərzinin ümdə bir arzuzu da var. Deyir ki, o, Şuşada, yoldaşının ata-anasının, bacısının şəhid olduğu və dəfn edildiyi o torpaqlarda Azərbaycan milli geyimlərindən ibarət muzey yaradacaq.
Qeyd edək ki, bu atelyedə bütün hərbçilərə xidmət pulsuzdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: