Çində hazırlanan "CoronaVac" vaksini daha təhlükəsizdir.
Xezerxeber.az-ın məlumatına görə, bu açıqlama Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində verilib.
Qeyd edilib ki, hazırda dünyada COVID-19-a qarşı bir neçə vaksin üzərində iş gedir. Lakin Çində olan və "CoronaVac" vaksinini hazırlayan şirkət uzun illərdir ki, bu istiqamətdə çalışır.
Aparılmış araşdırmalar sona çatmaqdadır və vaksinin 95-97% civarında effektiv olması qənaətinə gəlinib. Üçüncü faza olaraq tədqiqatlarda Türkiyə də iştirak edir.
"CoronaVac" vaksini saxlanma şərtlərinə və müddətinə görə də digərlərindən daha əlverişlidir. Birifinqdə gətiriləcək vaksinin ilk olaraq kimlərə vurulacağı da açıqlanıb. Qeyd edilib ki, bununla bağlı strategiya hazırlanır. Strategiyada kimlərin peyvəndlənməsi və vaksinasiyanın könüllü olub-olmaması öz əksini tapacaq.
İlkin olaraq səhiyyə işçilərinin və 65 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiya olunması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: