Xəzər Xəbər

Naxçıvanın qaz təchizatı daha da yaxşılaşacaq - VİDEO

Veb TV | 19:31 • 15 Dekabr 2020
Naxçıvanın qaz təchizatı daha da yaxşılaşacaq -

Azərbaycan qazı Türkiyədən keçməklə Naxçıvan Muxtar Respublikasına ötürüləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu məqsədlə Muxtar Respublikaya yeni qaz xətti çəkilə bilər.

Energetika Nazirliyindən verilən məlumata görə, bu məsələ iki ölkənin dövlət başçıları tərəfindən bu ilin fevral ayında baş tutan görüşdə qaldırılıb. Bu gün bu məqsədlə "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu" imzlanıb.

Layihəni Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin BOTAŞ şirkəti həyata keçirəcək.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, əslində belə bir memorandum hələ 10 il bundan əvvəl də imzalanıb.

İbrahim Əhmədov bildirib ki, 2005-ci ildən Azərbaycan Naxçıvana təbii qazın verilməsini svop əməliyyatları ilə İran vasitəsilə həyata keçirirdi. Bağlanan bu müqavilə isə 2025-ci ilə qədər qüvvədədir. Bu müqavilə əsasında svop əməliyyatları davam etdirilir. Eyni zamanda Naxçıvanın qaz təchizatının daha da dayanıqlı olması və Muxtar Respublikaya qazın ötürülməsinin şaxələndirilməsi məqsədilə Türkiyədən də qaz nəqli həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti