Xəzər Xəbər

VİDEO: Hadisə törədərək qaçan sürücülərin cəriməsi artırılır

Veb TV | 20:49 • 25 Yanvar 2016
VİDEO: Hadisə törədərək qaçan sürücülərin cəriməsi artırılır

Yol hadisəsi törədərək hadisə yerindən qaçan sürücülərin cəriməsi artırılır. Yəni əvvəl  hadisə yerindən qaçdığına görə  sürücülər 80 manat ödəyirdisə, yeni İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq bu məbləğ 100 manat olacaq.

Yol qəzası törədib hadisə yerindən qaçan sürücülər qəzanın cəzasından əlavə 100 manat cərimə də ödəyəcəklər. Bu, mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə nəzərdə tutulub.

Ekspert Ərşad Hüseynov deyir ki, dəyişiklik avtomobil sahibinin məsuliyyətini artıracaq. Maddi ziyanla nəticələn qəzada sürücü hadisə yerindən qaçır. Bu zaman avtomobil sahibi 2 qat ziyana düşür.

Dəyişiklik yalnız təqsirkar və hadisə yerindən qaçan sürücülərə şamildir. Yəni yol hərəkət qaydalarını pozan və yol polisinin dayan əmrinə tabe olmayan sürücülər əvvəlki qaydada, yəni 80 manat ödəyəcəklər.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024