Bakıda aptekdə baş verən bir hadisə kameraya düşüb. Bu dəfə bir müştərinin cibindən düşən 500 manat pulu digər müştəri götürərək aradan çıxıb.
Dərman almaq üçün cibindən pul çıxararkən bükülmüş halda olan 500 manatı da yerə düşür.
Dərmanı alır və kassadan uzaqlaşdıqdan sonra pulunun düşməsindən xəbərsiz portmanatını nizamlayıb cibinə qoyur.
Bu zaman aptekə daxil olmuş qadın müştəri isə yerdəkü pulu götürərək çantasına qoyur.
Bu görüntülər Bakıda Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişdiyi ünvanda yerləşən aptekdə qeydə alınıb. Müştəri Şaiq Sadıqov pulu aptekdə itirdiyini bildirib və kamera görüntülərinə baxıb.
Məlum olub ki, cibindən düşürdüyü pulu ondan sonra gələn müştəri qadın götürüb.
Məsələ ilə bağlı polisə müraciət edilib və həmin qadın axtarışdadır.