Xəzər Xəbər

VİDEO: Müəllim şagirdi döydü: araşdırma başladı

Veb TV | 21:06 • 25 Yanvar 2016
VİDEO: Müəllim şagirdi döydü: araşdırma başladı

Son vaxtlar tez tez müəllimin şagirdi vurduğu və ya təhqir etdiyi görüntülərin şahidi oluruq. Növbəti belə hal ibtidai siniflərdən birində baş verib. Artıq hadisə ilə əlaqədar müəllim, məktəbin direktoru və valideyn Təhsil Nazirliyinə çağırılıblar. 

Müəllimin şagirdə aqressiv davranışı Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verib. İbtidai sinif müəllimi Sevda Rüstəmova şagirdinə hesablamanı bu yolla izah edib.

Artıq hadisə ilə əlaqədar Abşeron rayon Təhsil şöbəsində ilkin araşdırma aparılıb.

Xəzər TV-nin sorğusuna cavab olaraq, Təhsil Nazirliyindən bildirlib ki, görüntülər aşkara çıxdıqdan sonra məktəbin direktoru Həcər İbrahimova, sinif müəllimi Sevda Rüstəmova və şagirdin valideyni Təhsil Nazirliyinə çağırılıb, məsələ araşdırılır. Hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub.

Abşeron rayonu Təhsil şöbəsinin araşdırması  zamanı isə məlum olub ki, şagirdin valideyninin müəllimdən şikayəti yoxdur.

Bütün hallarda müəllimin bu tonda danışması, kobud ifadələr işlətməsi həmin şagirdin həm psixoloji vəziyyətini, həm də təhsilə marağını sual altında qoyur. Ekspertlər qeyd edir ki, bu şagird ibtidai sinifdədirsə nəticə daha da ağır ola bilər.

Xəbər lenti

Çox oxunanlar