Prezidentin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək. Bu barədə fond sədrinin müavini Zakir Babayev məlumat verib.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə il ərzində isə 38,9 milyon manat əlavə vəsait yönəldiləcək.
Zakir Babayevin sözlərinə görə, əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95%-nə şamil olunacaq. O, həmçinin prezident İlham Əliyevin "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında" sərəncamına da toxunub.