Xəzər Xəbər

VİDEO: Hacıqabulda vulkan püskürüb, alov 35 metrədək qalxıb

Veb TV | 14:26 • 26 Yanvar 2016
VİDEO: Hacıqabulda vulkan püskürüb, alov 35 metrədək qalxıb
Azərbaycanın Hacıqabul rayonunda püskürən vulkanla bağlı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən araşdırma aparılacaq.

 

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

 

Onun sözlərinə görə, ilkin məlumatda Axtarma Paşalı vulkanının püskürdüyü bildirilsə də, onun yanındakı vulkan da püskürə bilər.

 

A.Əliyev qeyd edib ki, Axtarma Paşalı vulkanı 1-2 il bundan əvvəl püskürmüşdü. Onun yanındakı vulkan isə 15 ildir ki, püskürmür.

 

Qeyd edək ki, püskürmə ötən gecə saat 03.00 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub.

 

 

 

 

Xəbər lenti